Moldovanın baş naziri Natalya Qavrilita istefa verdiyini açıqlayıb.
Konstitusiyaya görə, bu, ölkənin Nazirlər Kabinetinin bütün tərkibinin istefası deməkdir.
“Bir il yarım baş nazir vəzifəsindən sonra istefamı elan etməyin vaxtı çatıb”, - deyə Qavrilita açıqlamasında bildirib.
Nazirlər gündəliyi açıqlamadan təcili olaraq prezident administrasiyasında görüşə toplanıblar. İclasda, həmçinin Fəaliyyət və Həmrəylik partiyasının parlamentdəki fraksiyasının bütün üzvləri iştirak edib.
Qavrilitanın sözlərinə görə, Moldova hökuməti beynəlxalq tərəfdaşların dəstəyindən bəhrələnib, lakin əhalidən belə dəstəyi görməyib.
Moldova prezidenti Maya Sandu baş nazirin rəhbərlik etdiyi ölkə hökumətinin istefasını qəbul edib.