Türkiyədə zəlzələdə həlak olanların sayı 18 mini ötdü

Türkiyədə zəlzələdə ölənlərin sayı 18 991 nəfərə çatıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Zəlzələ nəticəsində yaralananların sayı 75 523 nəfərdir.

Ərdoğan əlavə edib ki, 76 mindən çox vətəndaş zəlzələ bölgəsindən təxliyə edilib.

10:45

Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 18 mini ötüb.

Buta.media Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən xəbər verir ki, ölənlərin sayı 18 342 nəfərə çatıb.

Yaralıların sayı isə 74  242 nəfərə yüksəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ