Makron Zelenskiyə: Rusiya bu müharibədə qalib gəlməməlidir

Fransa prezidenti Emmanuel Makron Vladimir Zelenski və Olaf Şoltsla görüşdən sonra Yelisey sarayında keçirdiyi birgə mətbuat konfransında bəyan edib ki, Fransa Ukraynanı Rusiya ilə müharibədə qələbəyə çatdırmaq niyyətindədir.

Onun sözlərini BBC sitat gətirir.

“Biz Ukraynanı dəstəkləyirik və onu qələbəyə çatdırmaq niyyətindəyik”, - Makron bildirib. “Ukrayna bunun üçün Fransaya və müttəfiqlərinə arxalana bilər. Rusiya bu müharibədə qalib gəlməməlidir və gəlməyəcək”.

Fransa prezidenti həmçinin Zelenskini Parisin Ukraynaya hərbi yardımı davam etdirəcəyinə əmin edib.

Vladimir Zelenski ilə görüşmək üçün xüsusi olaraq Parisə uçan Almaniya kansleri Olaf Şolts da ölkəsinin Ukraynaya “lazım olduğu qədər” hərbi yardım göstərəcəyini təsdiqləyib və fransalı həmkarı kimi Rusiyanın bu müharibədə qələbə qazanmasına imkan verilməməli olduğunu vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ