Türkiyədə zəlzələdə ölənlərin sayı 16 546-ya çatıb, 66 132 nəfər yaralanıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 16 546 nəfərə çatıb, yaralananların sayı 66 132-dir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dağılan binaların sayı 6 444 təşkil edir.

14:37

Türkiyədə zəlzələdə ölənlərin sayı 14 014 nəfərə çatıb.

Bu barədə Qaziantepdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 63 794 nəfərdir. Dağılan bina sayı isə 6444-dür.

09:58

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 914 nəfər yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ