Rusiya ordusunun hücuma keçəcəyi istiqamətlər açıqlandı

Ukrayna hərbi kəşfiyyatı Rusiya ordusunun hücuma keçə biləcəyi üç bölgənin adını açıqlayıb.

“Biz müəyyən etdik ki, Rusiyanın hücumları Donetsk və Luqansk vilayətlərində, o cümlədən Zaporojyedə ola bilər. Eyni zamanda, Rusiya qoşunları Xerson vilayətində və Krımda müdafiəni həyata keçirəcək”, - deyə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Vadim Skibitski bildirib.

Onun sözlərinə görə, yeni hərbi birləşmələri tamamlamaq üçün Rusiya ordusuna daha iki ay lazım olacaq. Baş Kəşfiyyat İdarəsi hesab edir ki, Rusiya Müdafiə Nazirliyi 2023-cü ilin yazında və yayında Ukraynanın şərqində və cənubunda hücum əməliyyatları üçün daha 300-500 min rusiyalını səfərbər etməyi planlaşdırır.

Daha əvvəl “Financial Times” qəzeti yazıb ki, Rusiya yaxın 10 gün ərzində Ukraynaya - Luqansk vilayətinin qərb hissəsindəki Kremennaya və Liman ərazilərinə genişmiqyaslı hücuma keçə bilər. Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday təsdiqləyib ki, Rusiya ordusu bölgədə qoşun cəmləşdirir və fevralın 15-dən sonra hücuma keçə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ