Türkiyədə baş verən zəlzələ böyük insan tələfatına və dağıntılara səbəb olub. Təbii fəlakət zamanı tarixi Qaziantep qalası da dağılıb.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.