Ukraynanın müdafiə naziri Aleksiy Reznikov başqa dövlət vəzifəsinə keçəcək. Bu barədə bazar günü Ukrayna prezidenti Volodimir Zelenskinin mənsub olduğu “Xalqın qulluqçusu” partiyasının sözçüsü David Araxamiya bildirib.
Araxamiyanın sözlərinə görə, ölkənin Müdafiə Nazirliyinə hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov gətiriləcək. Lakin o, bu addımın nə vaxt rəsmiləşəcəyini açıqlamayıb.
Araxamiya sosial şəbəkələrdə “müharibə kadr siyasətində dəyişiklikləri diktə edir” yazıb.
“Zaman və şərait güclənməyi və yenidən qruplaşmağı tələb edir. İndi də belədir, gələcəkdə də belə olacaq... Düşmən hücuma hazırlaşır. Biz özümüzü müdafiə etməyə və bizim olanı geri almağa hazırlaşırıq”.
Bundan əvvəl Ukrayna mətbuatı Reznikovun strateji sənayelər naziri vəzifəsinə baxıldığını yazıb. İqor Klimenko Daxili İşlər Nazirliyinin rəisi təyin ediləcək. UTC-nın rəhbəri isə Vasili Malyuk olacaq.