Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 403-ə, yaralıların sayı isə 1 284 nəfərə yüksəlib.
Bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
10:29
Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Bildirilib ki, zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb.
Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.