Türkiyədə dəhşətli zəlzələ: 8 574 nəfər ölüb - foto + video

Türkiyədə zəlzələdə həlak olanların sayı 8 574 nəfərdir.

Bu barədə Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, zəlzələ nəticəsində 49 133 nəfər xəsarət alıb, 6 444 bina dağılıb.

12:36

Türkiyədə zəlzələdə ölənlərin sayı 7 108 nəfərə çatıb.

Bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində xəsarət alanların sayı 40 910 nəfərdir.

11:56

Türkiyədə zəlzələdə ölənlərin sayı 6 957 nəfərə çatıb.

Bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində xəsarət alanların sayı 38 224 nəfərdir.

10:43

Türkiyədə zəlzələdə ölənlərin sayı 6234 nəfərə çatıb.

Bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində xəsarət alanların sayı 37 011 nəfərdir.

07.02.2023 14:18

Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 3432-yə çatıb.

Məlumata görə, yaralıların sayı da artaraq 21 103 olub.

12:55

Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı sayı artıb.

Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, son məlumata görə, 3419 nəfər həyatını itirib, 20 534 nəfər xəsarət alıb.

10:42

Türkiyədə zəlzələdə ölən və yaralananların sayı artıb.

AFAD-ın nümayəndəsi bildirib ki, 3 381 nəfər həyatını itirib.

06.02.2023 17:51

Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb. 

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 7634 nəfər yaralanıb.

Bildirilib ki, təbii fəlakət zamanı 2824 bina dağılıb.  

16:30

Türkiyə zəlzələ nəticəsində 1014 nəfər həlak olub.

Zəlzələ zamanı yaralananların sayı 5385 nəfərdir.

14:16

Türkiyədəki zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb. 

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəricəsində 5385 nəfər yaralanıb. 

11:07

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır.

Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb.

O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.

10:01

Türkiyədə güclü zəlzələ baş verib. 

Zəlzələ Kahramanmaraş, Malatya, Qaziantep, Adana, Antalya, Şanlıurfa və digər şəhərlərdə müxtəlif dərəcədə hiss edilib. 

Malatyada 150-yə yaxın bina dağılıb, 3 ölü və xeyli sayda itkin var. Şanlıurfada zəlzələdən zərər çəkənlərin sayı daha çoxdur. İlkin məlumata görə, şəhərdə zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ölkədə 4-cü dərəcəli həyəcan təbili elan edilib. Nazir hələ ki, dağıntı və tələfat barədə konkret rəqəm səsləndirməyib. 

Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, 7 bölgədə 76 nəfər həlak olub, daha 440 nəfər isə yaralanıb.

Bununla yanaşı, Malatyada 140 binanın uçduğu bildirilir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ