Hulusi Akar Ermənistana məsləhət verib

Ermənistan fürsətdən istifadə edib Azərbaycanın uzaddığı sülh əlini sıxmalıdır. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə mətbuatına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, “onların (Ermənistanın – red.) xarici təsir altında xəyallarda qalmaları məntiqi yanaşma deyil”.

“Zəngəzur dəhlizi və ondan keçən dəmir və avtomobil yolları həm iqtisadiyyat və sosial həyat, həm də təhlükəsizlik baxımından region üçün çox önəmlidir. Ermənistanın prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzaddıqları əli qəbul etməsi vacibdir. Ermənistan bu fürsətdən istifadə etməlidir”, - türkiyəli nazir bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ