Pərviz Müşərrəf vəfat edib

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf uzun sürən xəstəlikdən sonra Dubayda xəstəxanada vəfat edib.

Pakistanın BƏƏ-dəki diplomatik nümayəndəliyi məlumatı təsdiqləyib.

General Pərviz Müşərrəf 1999-cu ildə çevrilişlə hakimiyyətə gəlib və baş nazir postunu tutub. 2001-ci ildə prezident olub.

“Reuters” qeyd edir ki, Müşərrəf “mühafizəkar müsəlman ölkəsində sosial-liberal dəyərləri aşılamağa çalışıb”. 2008-ci ildə o, prezidentlikdən istefa verdiyini açıqlayıb.

2014-cü ildə Müşərrəf Pakistan qanunlarına görə ölüm və ya ömürlük həbslə cəzalandırılan vətənə xəyanətdə ittiham olunub. Bununla belə, ona ölkəni tərk etməyə icazə verilib. Bundan sonra o, əsasən London və Dubayda sürgün həyatı yaşayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ