Tramp əsəbiləşdi: “O şarı vurun!”

Birləşmiş Ştatların keçmiş prezidenti Donald Tramp ABŞ kontinental səmasında Çinin meteoroloji zondunu vurulmağa çağırıb.

Tramp “Truth Social” sosial şəbəkəsində “O şarı vurun!” yazıb.

Daha əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü “şarın Çindən gəldiyini və onun təyinatının mülki xarakter daşıdığını, xüsusən də zonddan meteoroloji tədqiqatlar üçün istifadə edildiyini” dəqiqləşdirib. Onun sözlərinə görə, “güclü qərb küləyi nəticəsində şar idarəetməni itirərək təyin olunmuş kursdan çıxıb”.

ABŞ ordusunun sözçüsü Patrik Rayderin daha əvvəl dediyi kimi, Birləşmiş Ştatların səlahiyyətliləri hazırda ABŞ materikinin üzərində olan yüksək hündürlükdə kəşfiyyat balonunu qeydə alıb və izləyirlər.

Onun sözlərinə görə, “şar hazırda kommersiya uçuşlarının həyata keçirildiyi hündürlükdən xeyli yüksəkdə hərəkət edir və yerdəki insanlar üçün heç bir hərbi və ya fiziki təhlükə yaratmır”.

Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi şarı vurmağı təhlükəli hesab etdiklərini açıqlayıblar.

Pentaqon həmçinin qeyd edib ki, ABŞ səlahiyyətliləri “vacib məlumatların toplanmasının qarşısını almaq üçün hava şarının aşkarlanmasından dərhal sonra tədbir görüblər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ