ABŞ-nin Montana ştatında Çinə məxsus aerostat görüntülənib.
Pentaqon səlahiyyətlisi bildirib ki, 2 gün öncə aerostat (hava şarı) ABŞ səmasına daxil olduğunu və nə etmək istədiyini izləyib. Çinə məxsus olduğu təsbit ediləndən sonra ABŞ Dövlət Departamenti Çin səfirini təcili olaraq açıqlama verməsi üçün nazirliyə çağırıb.
ABŞ hakimiyyəti hava şarını vurmaq niyyətində deyil, çünki hündürlüyünə görə mülki aviasiya üçün təhlükə yaratmır. Həmçinin, hərbçilər hesab edir ki, kəşfiyyat baxımından təhlükə yaratmır, çünki Çin artıq öz peykləri sayəsində ekvivalent məlumata malikdir.