Müasir Rusiya ilə müharibə fərqli olacaq - Putin Avropaya xəbərdarlıq etdi

Rusiya prezidenti Vladimir Putin Ukrayna silahlı qüvvələrinə xarici tankların, o cümlədən Almaniya istehsalı olan “Leopard”ın verilməsini şərh edib.

RF prezidenti bəyan edib ki, Rusiya ordusu buna cavab vermək gücündədir.

“Bizim cavab verəcəyimiz bir şey var və zirehli texnikanın istifadəsi bitməyəcək”, - Putin deyib.

Onun sözlərinə görə, guya Rusiyaya qarşı elan edilməmiş müharibə aparan qüvvələr sərt cavabla üzləşəcək: “Biz onların sərhədlərinə tanklarımızı göndərmirik, amma cavab verəcəyimiz hər şey var”.

“İnanılmaz, amma doğrudur: bizi yenə üzərində xaç olan Almaniya tankları təhdid edirlər. Və yenə də onlar faşistlərin əli ilə Ukrayna torpağında Rusiya ilə vuruşmağa hazırlaşırlar”, - Rusiya Federasiyasının prezidenti bildirib.

Putin vurğulayıb ki, “Avropa ölkələrini, o cümlədən Almaniyanı Rusiya ilə yeni müharibəyə cəlb edənlər, Rusiyanı döyüş meydanında məğlub etməyi gözləyənlər, görünür, başa düşmürlər ki, müasir Rusiya ilə müharibə tamamilə fərqli olacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ