Qərb Moldovanı yeni “anti-Rusiya” roluna “hazırlayır” - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Qərb ölkələri Moldovanın yeni “anti-Rusiya” roluna “hazırlayırlar”. O, bu barədə Dmitri Kiselyova müsahibəsində deyib.

İndi bu rola Moldova hazırlanır. Hər şeydən əvvəl ona görə ki, onlar tamamilə spesifik üsullarla ölkənin başına demokratiyadan uzaq yeni prezident [Maya Sandu] gətirdilər, hansı ki NATO-ya üzv olmağa can atır. Onun Rumıniya vətəndaşlığı var, Rumıniya ilə birləşməyə hazırdır və ümumiyyətlə, demək olar ki, hər şeyə hazırdır.

Moldova Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Voda Lavrovun bəyanatını tənqid edib və vurğulayıb ki, nazirin sözləri “Rusiya diplomatiyasının məlum hədələyici ritorikasının bir hissəsidir”.

“Rusiya tərəfinə xatırlatmaq istərdik ki, Moldovanın getdiyi yol Avropa İttifaqına daxil olmaq yoludur. Bu, vətəndaşlarımızın dəstəklədiyi qərardır. Və biz bütün ölkələrə, o cümlədən Rusiyaya vətəndaşlarımızın qərarına hörmətlə yanaşdığına görə minnətdar olacağıq. Moldova öz gələcəyini seçib və bu gələcək azad dünyanın bir hissəsi olmaqdır”, - deyə o bildirib.

Moldova Rusiyanın Ukraynanın genişmiqyaslı işğalına başlamasından bir neçə gün sonra Avropa Birliyinə üzv olmaq üçün müraciət edib. İyun ayında Moldova Ukrayna ilə birlikdə Aİ üzvlüyünə namizəd statusu alıb.

Rusiya siyasətçiləri və rəsmiləri, o cümlədən prezident Vladimir Putin dəfələrlə Ukraynada genişmiqyaslı müharibəyə haqq qazandıraraq bildiriblər ki, guya Qərb orada Rusiya Federasiyasını məhv etmək üçün “anti-Rusiya” qurur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ