Daha bir ölkə İstanbulda Baş Konsulluğunu bağladı

İsveçrənin İstanbuldakı Baş Konsulluğu təhlükəsizlik səbəbi ilə fəaliyyətini dayandırıb.

Bu, Avropada Quran yandırma kampaniyası ilə əlaqədar terror aktları təhlükəsi səbəbindən İstanbulda bağlanan altıncı xarici diplomatik nümayəndəlikdir.

Daha əvvəl Hollandiya, Almaniya, Fransa, İsveç və Böyük Britaniyanın Baş Konsulluqları müvəqqəti olaraq fəaliyyətini dayandırıblar.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu cümə axşamı bildirib ki, Qərb ölkələri heç bir sübut təqdim etmədən terror təhlükəsi bəhanəsi ilə diplomatik nümayəndəliklərini bağlayaraq Türkiyəyə qarşı “psixoloji müharibə” aparırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ