Ukraynada daha bir azərbaycanlı həlak oldu - foto

Ukraynada hazırda davam edən müharibədə daha bir soydaşımız həlak olub. 44 yaşlı Ağayev Vüqar Nizami oğlu Rusiya ordusunun tərkibində Luqanskda gedən döyüşlər zamanı həyatını itirib.

Vüqar Ağayevin müharibəyə könüllü olaraq qoşulduğu bildirilir.

Məlumata görə, o, 1979-cu il yanvarın 1-i Voronej vilayətinin Nijniy İkorets kəndində anadan olub.

V. Ağayev Rusiyada “İgidliyə görə”, “Luqansk Xalq Respublikası”nın medalı, eləcə də qeyri-dövlət “Qara Xaç” mükafatı ilə təltif edilib. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin Ağayevi ölümündən sonra “Şücaət” ordeni ilə təltif edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ