İrandan səfirliyə hücum edən terrorçu ilə bağlı anlaşılmaz qərar - video

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə psixiatriya xəstəxanasına yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, Tehran Cinayət Prokurorluğunun məlumatına görə, Y.Hüseynzadədə bir sıra psixi pozğunluqlar, o cümlədən şizofreniya var.
Onun bir ay Tehranın psixiatriya klinikalarından birinə yerləşdiriləcəyi və bu müddətdə psixi sağlamlığının daha dərindən araşdırılacağı qeyd olunub.

Əlavə edək ki, İran hökumətinin bu cür qərar verməsi işin içindən çıxmağa cəhddir. Məsələ burasındadır ki, terorrçu saxlanılan zaman rahat şəkildə İran telekanallarına müsahibə verirdi ki, bu da həm Azərbaycanda, həm də beynəlxalq arenada tənqidə səbəb olmuşdu. Müsahibə zamanı terrorçuda hər hansı psixi davranışlar da hiss olunmurdu. Görəsən, terrorçu İran hüquq-mühafizə orqanlarının da adlandırdığı kimi “psix”dirsə, səfirliyə hücumu necə planlamışdı? 

Terrorçunun həqiqətən də psixoloji problemləri var idisə, niyə o zaman qarşısına çıxan ilk şəxsə - qapıda dayanan iranlı mühafizə polisinə atəş açmırdı? Deməli, Yasin Hüseynzadə həqiqətən də hadisəni törədən vaxt anlaqlı olub, elə bu səbəbdən də səfirliyin önündə dayanan iranlı polisə salam verərək binaya hücum edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ