Gürcüstana canımı da verərəm - Saakaşvili

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi ilə bağlı məhkəmə iclasına onlayn qoşulub. Siyasətçi müalicə aldığı “Vivamed” klinikasından videobağlantı vasitəsilə məhkəməyə qatılıb.

Görüş zamanı Saakaşvili səhhətinin son dərəcə ağır olduğunu bildirib. Bir anda o, nə qədər arıqladığını nümayiş etdirmək üçün köynəyini yuxarı qaldırıb.

“Bütün biliyimi Gürcüstana verdim... İndi sağlamlığımı vermişəm və tək xahişim budur ki, mənə adekvat müalicə almaq imkanı versinlər. Lazım olsa, canımı verərəm. Vəziyyətim kəskin şəkildə pisləşib”, - deyə eks-prezident bildirib.

İclas zalında Saakaşvilinin ailə üzvləri və tərəfdarları iştirak edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ