İspaniya Ukraynaya “Leopard” tankları verəcək

İspaniya hakimiyyəti təmir edilmiş bir neçə Almaniya istehsalı olan “Leopard 2A4” tankını Ukraynaya təhvil vermək qərarına gəlib.

Bu barədə “El País” nəşri məlumat yayıb.

İspaniya hökumətindəki mənbələrə görə, Madrid Kiyevə 4-6 ədəd hərbi texnika tədarük etməyi planlaşdırır. Ukraynaya təhvil veriləcək texnikanın yekun sayı 10 ildir Saraqosada saxlanılan 53 hərbi maşının vəziyyətindən asılı olacaq.

Qeyd olunur ki, hazırda İspaniya Müdafiə Nazirliyi tankların təcili bərpası ilə bağlı danışıqlar aparır. Döyüş tanklarından əlavə Madrid Kiyevi “Leopard 2A4” üçün ehtiyat hissələri paketi ilə təmin edə bilər.

İspaniya Müdafiə Nazirliyi həmçinin Ukrayna hərbçilərinin, mexaniklərin və texniki qulluqçuların hazırlanmasına başlayacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ