Putin və Paşinyan arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyaт arasında telefon danışığı olub.

Tərəflər Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının fəaliyyətini müzakirə ediblər.

Həmsöhbətlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasına da toxunublar.

Ermənistan və Rusiya liderləri həmçinin ikitərəfli əməkdaşlığın gündəliyində duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ