İranlı nazir Azərbaycanı hədələyib

İranın informasiya naziri İsmayıl Xətib təhlükəsizlik şurasının iclasında Kirmanşah əyalətinə səfəri zamanı qonşu ölkələrə “təhlükəsizliyini qorumaq üçün İsraildən uzaq durmağı” tövsiyə edib, ehtimal ki, İsraillə isti münasibətlər quran Azərbaycanı nəzərdə tutur, bu barədə haqqin.az məlumat yayıb.

“Sionist rejim bütün iddiaları ilə daxildən çökməkdədir və fələstinlilərin daxili çəkişmələri və müqaviməti bunun bariz nümunəsidir. Bölgə sakinlərinin bəsirət və ağıllı hərəkətləri sayəsində sionistlərə qarşı daha qalib addımlar atılacaq”, - deyə Xətib İran mediasına istinadla bildirib.

İsmayıl Xətib qonşu ölkələrə “təhlükəsizliyini qorumaq üçün İsraildən uzaq durmağı tövsiyə edir: “Bu gün... regionda Amerikanın yaranmasının şahidi oluruq. Düşmən... beynəlxalq təzyiqlər, insan haqları, sanksiyaların artırılması, informasiya müharibəsi və ölkənin güc və təhlükəsizliyinin simvolu, yəni SEPAH-a qarşı hərəkətlər kimi başqa vasitələrlə ölkəyə və sistemə hücum etməyə çalışır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ