ABŞ Ukraynaya F-16 qırıcılarını verməyəcək - Bayden

ABŞ prezidenti Co Bayden bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynanı F-16 qırıcıları ilə təmin etmək niyyətində deyil.

“Reuters”in məlumatına görə, Bayden Ağ Evdə keçirdiyi mətbuat brifinqində müvafiq suala “yox” cavabını verib.

Daha sonra Bayden administrasiyasının rəsmisi ABŞ-ın artıq Ukraynanı böyük miqdarda silahla təmin etdiyinə aydınlıq gətirib.

Ukrayna hakimiyyəti ABŞ, Almaniya və digər ölkələrin Kiyevi tanklarla təmin etmək barədə razılığa gəlməsindən sonra Qərb qırıcılarının tədarükünü növbəti hədəf adlandırıblar.

ABŞ daha əvvəl bildirib ki, hazırda təyyarələrin göndərilməsini qeyri-mümkündür. Eyni zamanda, Avropa etiraf edib ki, müəyyən müddətdən sonra hərbi əməliyyatlar davam etdikcə bu mövqe dəyişə bilər.

Fransa prezidenti Emmanuel Makron yanvarın 30-da Ukraynaya mümkün təyyarə tədarükünü şərh edərkən deyib ki, “prinsipcə heç nə qadağan olunmayıb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ