İran və Rusiya öz bank sistemini yaradırlar

Yanvarın 29-da Rusiya və İranın Mərkəzi banklarının nümayəndələri SWIFT-ə bənzər bank sisteminin yaradılması haqqında memorandum imzalayıblar. Bu barədə İran KİV-i məlumat yayıb.

İran Mərkəzi Bankının nümayəndəsi Möhsün Kərimi bildirib ki, indi hər iki ölkənin banklarının maliyyə messencerləri bir-birinə bağlı olacaq. Artıq banklar pul köçürmələri də daxil olmaqla, bütün standart bank mesajlarını mübadilə edə biləcəklər.

“Yaxın günlərdə Rusiya Mərkəzi Bankının texniki qrupunun Tehranda olmasını nəzərə alaraq, bütün İran və Rusiya bankları arasında bu sistem vasitəsilə əlaqə qurulacaq”, - deyə o bildirib.

Kərimi əlavə edib ki, İran bankları 13 ölkənin bankları ilə asanlaşdırılmış maliyyə mübadilələrinə çıxış əldə edəcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ