İranın xaricdəki mənbələri ötən gecə ölkənin Mehabad və Ban şəhərlərində partlayışlar baş verdiyini bildirir. İran Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin havaya qaldırılıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahı da partladılıb.
Həmçinin qeyd olunur ki, Suriyada 25 yük maşınından ibarət karvanın hava hücumuna məruz qalıb. Əl-Ərəbiyyə telekanalı yük maşınlarının İrandan gəldiyini və İslam İnqilabı Keşikçiləri Korpusunun dəstəklədiyi qruplar üçün silah daşıdığını qeyd edir.
Jurnalistlərin məlumatına görə, zərbə Suriyanın Əl-Bukamale şəhəri yaxınlığında “Hizbullah”ın nəzarətində olan qeyri-rəsmi sərhəd-keçid məntəqəsinə pilotsuz təyyarələrlə endirilib. Zərbə nəticəsində 6 yük maşını sıradan çıxıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Suriyalı hüquq müdafiəçiləri pilotsuz təyyarələrin ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya aid ola biləcəyini iddia edirlər.