Şənbə günü İranın şimal-qərb hissəsində 5,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Xoy şəhərindən 8 km cənub-qərbdə yerləşib.
Zəlzələ Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, yerli vaxtla saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınan zəlzələnin maqnitudası 6,2 bal, dərinliyi isə 10 km olub.