İranda hərbi obyektlərə hücum - video

İranın İsfahan şəhərində güclü partlayış baş verib. Bu barədə bazar günü IRNA agentliyi mənbələrə istinadən məlumat yayıb.

Hadisə İran İslam Respublikası Müdafiə Nazirliyinin sursat istehsalı mərkəzlərindən birində qeydə alınıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

İsfahan vilayəti qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini partlayışı təsdiqləyib. O bildirib ki, partlayış pilotsuz təyyarənin hücumundan sonra baş verib.

İsfahan təkcə raketlər və pilotsuz təyyarələr istehsal edən hərbi fabriklərə deyil, həm də nüvə obyektlərinə ev sahibliyi edir.

Partlayış səsləri Tehranda da eşidilib, şahidlərin sözlərinə görə, HHQ təyyarələri İran paytaxtı üzərində səmaya qaldırılıb.

Həmçinin İranın qərbindəki Dizful şəhərindəki aviabazada, Həmədan (ölkənin qərbi) və Rəşt (şimal) şəhərlərində partlayış və yanğınların baş verdiyi barədə xəbərlər yayılıb.

İranın hərbi obyektlərinə hücum edən PUA-ların hansı ölkəyə məxsus olduğunu açıqlanmayıb.

“Əl-Ərəbiyyə” kanalı İsrailin İranın hərbi sənayesini məhv etmək üçün xüsusi hərbi əməliyyata başladığı iddia edilir.

İsrail bu bəyanatı şərh etmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ