Ukrayna xəstəxananı HIMARS-la vurdu: 14 nəfər öldü

Ukrayna hərbçiləri Luqansk vilayətinin ilhaq edilmiş Novoaydar kəndindəki rayon xəstəxanasını HIMARS MLRS-dən atəşə tutub.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 14 nəfər ölüb, daha 24 nəfər isə yaralanıb.

Bildirilir ki, xəstəxanada hərbi qulluqçulara və yerli sakinlərə tibbi yardım göstərilirdi, mülki və hərbi tibb işçiləri çalışırdılar.

Rusiya tərəfi xəstəxanaya hücuma görə Ukraynanı hərbi cinayət törətməkdə ittiham edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ