General Petr Pavel Çexiyanın yen prezidenti oldu

İstefada olan general, NATO Hərbi Komitəsinin keçmiş sədri Petr Pavel Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda qələbəsini təmin edib.

Bu barədə Çexiya televiziyası şənbə günü başa çatan səslərin hesablanması zamanı məlumat verib.

“Petr Pavel Çexiyanın yeni prezidenti seçildi” deyə televiziya proqramının aparıcısı bildirib. P.Pavelin əsas rəqibi Andrey Babişin artıq ona çata bilməyəcəyi qeyd olunub. 

Yaxın vaxtlarda Çexiyanın yeni seçilmiş prezidentinin Praqada mətbuat konfransı gözlənilir. Çexiyanın baş naziri Petr Fiala ölkədə keçirilən prezident seçkilərində Pavelin qələbəsini təsdiqləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ