Ermənistanda qadınlar orduda xidmət edəcək - Paşinyan

2023-cü ildə Ermənistan ordusunda qadınların könüllü hərbi xidməti təşkil olunacaq və müdafiə büdcəsi xeyli artırılacaq.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, İrəvan ordu islahatına hazırlaşır. Müasir silah və texnikanın alınması davam etdirilir. İslahat ordunun tərkibinə də təsir edəcək. 

“Yaxın vaxtlarda biz Ermənistan Respublikasında tamamilə yeni institutun - qadınlar üçün könüllü hərbi xidmətin tətbiqini planlaşdırırıq”, - Ermənistanın baş naziri yenilik barədə elan edib.

Paşinyan onu da bildirib ki, tezliklə Ermənistanda hərbi təlim düşərgələrinin müddətləri ciddi şəkildə azaldılacaq - üç aydan bir aya və ya 25 günə.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ