Azərbaycanlı İstanbulda biznesmeni öldürdü - FOTO

Türkiyədə itkin düşən biznesmenin cəsədi aşkarlanıb. 

Buta.media-nın xəbərinə görə, Hurriyet.com.tr portalı məlumat verir ki, 59 yaşlı Şahin Akçanın cəsədi İstanbulda Təkirdağın Süleymanpaşa rayonunun Kumbağ məhəlləsindəki yay evində aşkarlanıb. 

Məlumatlara görə, onu öldürməkdə şübhəli bilinən azərbaycanlı S.M. Artvin sərhəd keçid məntəqəsindən qaçmağa müvəffəq olub. 

Faktla bağlı araşdırma başlanılıb. Ölümün boğulma nəticəsində baş verdiyi qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ