Qüdsdə terror aktı: səkkiz nəfər ölüb - video

Şərqi Qüdsün yəhudi rayonunda atışma olub, nəticədə 8 nəfər ölüb, 10 nəfər yaralanıb. Bu barədə “The Jerusalem Post” məlumat yayıb. İsrail mediası hadisəni terror aktı adlandırır.

“The Jerusalem Post” yazır ki, hücum edən şəxs sinaqoqdan çıxan insanlara atəş açmağa başlayıb. O, hadisə yerindən qaçmaq istəyərkən polis tərəfindən öldürülüb. Hücum edənin kimliyi hələ müəyyən edilməyib.

HƏMAS-ın sözçüsü Hazem Qassem “Reuters” agentliyinə bildirib ki, hadisə İsrailin Cenin şəhərində bir neçə fələstinlinin öldürüldüyü reydinə cavabdır. Lakin o, Şərqi Qüdsdəki atışmada HƏMAS-ın əli olduğunu təsdiqləməyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ