ABŞ Dövlət Departamenti yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hücumu ilə bağlı bəyanat yayıb.
Dövlət Departamentinin saytında yer alan bəyanatda Birləşmiş Ştatların səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum şiddətlə pislənib.
“Biz Prezident Əliyevin bu qəbuledilməz zorakılığın təcili araşdırılması ilə bağlı çağırışını təkrarlayırıq. Diplomatlara və ya diplomatik nümayəndəliklərə qarşı istənilən hücum qəbuledilməzdir. Biz İran hökumətinə Cenevrə Konvensiyasına uyğun olaraq, İrandakı xarici diplomatları qorumaq məsuliyyətini xatırladırıq”, - deyə bəyanatda qeyd olunub.
Dövlət Departamentinin bəyanatında, həmçinin terror hücumu nəticəsində həlak olan Azərbaycan vətəndaşının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralananlara tezliklə şəfa arzu olunub.