Avropa Şurası Parlament Assambleyası Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərməlidir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan deyib.
O qeyd edib ki, belə bir missiya Azərbaycanın dəhlizin bağlanmaması ilə bağlı arqumentlərini təkzib edə bilər.
“Tutaq ki, xain ermənilər amerikalıları, rusları, fransızları, iranlıları, ingilisləri, ATƏT-i, Avropa Şurasını, AİHM-i inandıra bildilər ki, əslində mövcud olmayan blokada var. Yaxşı, belədirsə, qoy Azərbaycan Laçın dəhlizinə AŞPA-nın faktaraşdırıcı qrupunun göndərilməsinə razı olsun”, - Rubinyan bildirib.
Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın Dağlıq Qarabağda Laçın dəhlizinin bağlanması ilə bağlı bəyanatlarını “yalan və absurd” adlandırıb.