Quranı yandıran radikal Ərdoğana ultimatum verib

Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandıran “Stram Kurs” partiyasının qurucusu danimarkalı hüquqşünas və ultrasağçı Rasmus Paludan prezident Rəcəb Tayyib Ərdoğanı yeni əməlləri ilə hədələyib.

“Aftonbladet” xəbər verir ki, o, İsveçin NATO-ya üzv olmasını istəyir.

“Yeni ekstremist hərəkətlərin həyata keçirilməsi İsveçi NATO-ya buraxmaq istəməyən prezident Ərdoğanın özündən asılıdır”, - qəzet Paludandan sitat gətirir.

O, iddia edir ki, Türkiyə İsveçə NATO-ya üzv olmağa icazə verən kimi “bir daha Türkiyə səfirliyi qarşısında Quranı yandırmayacaq”.

Paludan yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi qarşısında İslamı pisləyən çıxış edib və sonra Quranı yandırıb. Bu hərəkət İslam dünyasının narazılığına səbəb olub, İsveçlə Türkiyə arasında münasibətləri gərginləşdirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ