Ukraynalılar Donbassda əks-hücum əməliyyatlarını bərpa ediblər

Donetsk vilayətinin Kremennaya şəhəri ərazisində Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını bərpa edib, Uqledardakı Ukrayna bölmələri isə şəhəri nəzarətdə saxlamaqda davam edir. Bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) məlumat yayıb.

“Rusiya mənbələri Ukrayna qoşunlarının yanvarın 26-da Kremennaya bölgəsində əks-hücum əməliyyatlarını bərpa etdiyini iddia edib. Rusiyalı blogger yazır ki, Ukrayna qoşunları yanvarın 25-nə keçən gecə Kremennaya bölgəsində 144-cü motoatıcı diviziyanın (20-ci birləşmiş ordu, Qərb hərbi dairəsi) mövqelərinə qarşı hücum əməliyyatlarına başlayıb”, ISW hesabatında deyilir.

Donetsk istiqamətində də aktiv döyüşlər gedir. Rusiyalılar Uqledar şəhərini tuta bilmədilər. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri RF qoşunlarının Baxmut yaxınlığındakı hücumlarını dəf edir.

“Yanvarın 26-da Ukrayna rəsmiləri bildiriblər ki, Zaporojye vilayətində Rusiya qüvvələri tammiqyaslı hücum əməliyyatları keçirmir. Tavri istiqamətində Ukrayna Müdafiə Qüvvələrinin Birgə Mərkəzinin mətbuat katibi Yevgeni Yerin bəyan edib ki, Rusiya qoşunları Zaporojye istiqamətində hücum həyata keçirmək üçün kifayət qədər güclü zərbə qüvvəsi toplamayıb, lakin o xəbərdarlıq edib ki, RF ordusu bu bölgədə canlı qüvvəsinin sayını xeyli artırıb”, - ISW yazır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ