Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışıqları dayandırdı

Ankara hazırda Finlandiya və İsveçin NATO-ya daxil olmaq məsələsi ilə bağlı görüşləri mənasız sayır. Reuters xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu danışıqların dayandırıldığını açıqlayıb.

Nazir onu da əlavə edib ki, Ankara Helsinkinin alyansa qəbulu prosesini sürətləndirmək üçün İsveç və Finlandiyanın NATO-ya müraciətlərinin dəstəkləməklə bağlı rəsmi təklif almayıb.

Bundan əvvəl Türkiyənin “Vətən” partiyasının sədr müavini Ethem Sancak bəyan edib ki, Ankaraya qarşı təxribat xarakterli hərəkətlərə görə Türkiyə guya 6 ay ərzində NATO-dan çıxa bilər. Hakim “Ədalət və İnkişaf Partiyası” (AKP) belə planları təkzib edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ