Putin mənim üçün heç kimdir - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə danışıqlarda maraqlı olmadığını bildirib.

“Bu, mənim üçün maraqlı deyil. Onunla görüşmək, danışmaq maraqlı deyil. Rusiyada kimin qərarlar verdiyini həqiqətən başa düşə bilmirəm”, – Zelenski Britaniyanın “Sky News” telekanalına müsahibəsində deyib.

O əlavə edib ki, Rusiya müharibəni başlayandan sonra Putin onun üçün “heç kim” olub.

Xatırladaq ki, Zelenski daha əvvəl fərmanla Rusiya ilə danışıqları qadağan edib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva ilə Kiyev arasında danışıqların aparılması indi mümkün deyil, çünki onlar üçün de-fakto və ya de-yure şərtlər yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ