Rusiya Ukraynaya kamikadze dronları ilə hücum etdi

Rusiya hərbçiləri yanvarın 26-na keçən gecə 24 ədəd “Şahed-136/131” kamikadze pilotsuz uçuş aparatı ilə Ukraynaya hücum edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı bəyan edib.

“Dronlar Ukrayna hava hücumundan müdafiə sistemləri, o cümlədən, zenit-raket bölmələri, döyüş təyyarələri, Hərbi Hava Qüvvələrinin mobil atəş qrupları tərəfindən məhv edilib”, - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, zərbə pilotsuz aparatları Azov dənizinin şərq sahillərindən buraxılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ