Qondarma Donetsk Xalq Respublikası rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən İqor Kimakovski Rusiya qoşunlarının Uqledara daxil olduğunu və şəhərin kənarında döyüşlərin getdiyini bildirib.
Onun sözlərinə görə, əks-hücuma keçməyə çalışan Ukrayna Silahlı Qüvvələrinə qarşı Rusiya artilleriyasından istifadə olunur.
Bundan əvvəl RT kanalı Ukrayna Silahlı Qüvvələrinin Uqledar yaxınlığında Rusiyanın mövqelərinə əks-hücum etməyə cəhd etdiyini və 200 nəfəri itirdiyini bildirmişdi.