ABŞ Ukraynaya 31 “Abrams” tankı göndərir - Bayden rəsmən açıqladı

ABŞ Ukraynaya 31 “Abrams” tankı tədarük edəcək. Bunu prezident Co Bayden rəsmi olaraq açıqlayıb.

Baydenin sözlərinə görə, tanklar Ukrayna Silahlı Qüvvələrinə “açıq ərazilərdə daha yaxşı manevr etməyə” kömək edəcək.

ABŞ prezidenti həmçinin Almaniyaya “Leopard” tanklarının Kiyevə verilməsi qərarına görə təşəkkür edib. O vurğulayıb ki, bu, bir daha Ukraynanın müttəfiqlərinin birliyini və Rusiyanın onları parçalamaq cəhdlərinin puç olduğunu göstərir.

Ağ Ev rəsmiləri daha sonra aydınlaşdırıblar ki, tanklar bir neçə aydan sonra çatdırılacaq.

Ukrayna aylardır Qərb ölkələrindən tank tədarük etməyi xahiş edir. ABŞ və müttəfiqləri uzun müddət bu qərarı münaqişənin gərginləşməsinə səbəb ola biləcəyindən ehtiyat edərək təxirə salıblar.

Almaniya yanvarın 25-də “Leopard” tanklarının tədarükünü elan edib. Daha əvvəl Berlin bu qərarı verməkdə tərəddüd edirdi və buna görə də digər Qərb ölkələri tərəfindən tənqid olunurdu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ