Nümayəndələr Palatasının sədri ermənipərəst konqresmeni komitədən qovdu

Ermənipərəst konqresmen Adam Şiff rəhbərlik etdiyi ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsindən xaric edilib. Bu barədə Şiffin özü Twitter səhifəsində yazıb.

Şiff deyib ki, guya “bu, Donald Trampa qarşı aparılan istintaqın kiçik siyasi əvəzidir”.

Konqresmen bildirib ki, Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin belə hərəkəti ona mane olmayacaq və tezliklə spiker “nə qədər səhv etdiyini” anlayacaq.

Eyni zamanda, Makkartini Tvitter hesabında Şiffin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə üzvlüyünü rədd etdiyini bildirib.

Kaliforniyadan olan Demokrat konqresmen Şiff 2019-2022-ci illərdə bu komitənin sədri vəzifəsində çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ