Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya onu doğum günü münasibətilə təbrik edib.
Y. Zelenskaya bununla bağlı öz instaqram hesabında paylaşım edib:
“Məndən tez-tez sənin bu il ərzində necə dəyişdiyini soruşurlar. Mən isə hər zaman belə cavab verirəm: “O dəyişməyib, həmin adamdır. O, 17 yaşımız olanda tanış olduğum həmin oğlandır”. Lakin əslində bəzi şeylər dəyişib: sən indi daha az gülürsən. Sənə təbəssüm üçün daha çox səbəb arzulayıram. Və sən bunun üçün nə lazım olduğunu bilirsən. Biz hamımız bilirik. Səninlə birgə hər zaman gülmək istəyirəm. Mənə bu imkanı bəxş et”.
Xatırladaq ki, bu gün Volodimir Zelenskinin 45 yaşı tamam olur.