Stoltenberq nüvə müharibəsi riskini qiymətləndirib

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, nüvə silahından istifadənin riskləri kiçikdir, lakin ölkələr hələ də yadda saxlamalıdırlar ki, bu cür münaqişələrdə qalib yoxdur. O, bu barədə “Die Welt” nəşrinə müsahibəsində bildirib.

Stoltenberq əlavə edib ki, NATO Moskvanı diqqətlə izləyir və nüvə qüvvələri baxımından hələlik heç bir dəyişiklik görməyib. Əks halda, alyans ölkələri dərhal reaksiya verəcəklər.

“Rusiyanın nüvə ritorikası tamamilə məsuliyyətsizdir. O, təhlükəlidir. Rusiya bilməlidir ki, nüvə müharibəsində qalib gəlmək qeyri-mümkündür”, - baş katib Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə cavab verib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ