Daha bir Avropa ölkəsində Qurani-Kərim təhqir olundu - video

Niderlandda fəaliyyət göstərən “Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı” (PEGIDA) sağçı ekstremist hərəkatının lideri Edvin Vaqensveld Haaqada Quranın nüsxəsini cırıb.

Vaqensveld Haaqada Qanunvericilik Assambleyası qarşısında müsəlmanların müqəddəs kitabını təhqir etdiyi videonu Twitter səhifəsində paylaşıb.

Ekstremist aksiyanı təkbaşına və polisin himayəsi altında həyata keçirib.

Hakimiyyət sağçı radikala Quranı yandırmamaq şərti ilə aksiya keçirməyə icazə verib.

Lakin görüntülərdə Quranın cırılmış səhifələrinin sonradan başqa yerdə yandırıldığı görünür.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ