Volodimir Zelenski Kirill Timoşenkonun Ukrayna prezidenti ofisinin rəhbərinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə “Strana.ua” nəşri yazır.
Bundan əvvəl yanvarın 23-də Timoşenkonun istefa ərizə sosial şəbəkələrdə yayımlanıb. O, Zelenskiyə və Ukrayna vətəndaşlarına etimada görə təşəkkür edib.
“Strana.ua” yazır ki, Kiyev vilayət administrasiyasının rəhbəri Aleksiy Kuleba Timoşenkonun postunu tuta bilər.
“RBC Ukrayna”nın məlumatına görə, Timoşenko Xerson vilayətinin Kiyev hakimiyyətinin nəzarətində olan hissəsində regional hərbi administrasiyanın rəhbəri ola bilər.