İstanbulda erməni kilsəsində yanğın: ölənlər var

İstanbulun Karaköy məhəlləsindəki “Surb Prkich” (Müqəddəs Xilaskar) erməni kilsəsində yanğın baş verib.

Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəstəxanaya yerləşdirilib.

Bəyoğlu rayonunun rəhbəri Mustafa Dəmirallı və Türkiyədəki erməni katolik icmasının ruhani lideri Levon Zekiyan əraziyə gələrək vəziyyətlə tanış olublar.

Yanğının səbəbi hələ müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ