Ərdoğan: İsveç NATO-ya müraciət baxımından bizdən dəstək gözləməsin

"NATO-ya müraciət baxımından bizdən dəstək gözləməsinlər".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

"İsveçdəki çirkin hərəkət müsəlmanlara qarşı təhqirdir. Müsəlmanların və ya digər dinlərin müqəddəslərini incitməyə heç kəsin haqqı yoxdur. NATO-ya müraciət baxımından bizdən yaxşılıq gözləməsinlər. Küçələrdə terrorçuları gəzdirəcəksiniz, o zaman bizdən dəstək gözləyəcəksiniz? NATO ilə bağlı bizdən heç bir dəstək gözləməyin", - Ərdoğan bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ