100 min və 180 min: Rusiya və Ukraynanın müharibədəki itkiləri açıqlandı

Norveç silahlı qüvvələrinin komandanı general Eirik Kristoffersen Norveçin TV 2 telekanalına müsahibəsində bildirib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi zamanı təxminən 180 min rusiyalı əsgər ölüb və ya yaralanıb.

Norveçli generalın sözlərinə görə, Ukraynanın müharibədəki itkiləri “ehtimal ki, 100 mindən çox ölü və yaralı əsgərdir”. O qeyd edib ki, daha 30 minə yaxın ukraynalı mülki şəxs həlak olub.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi itkiləri barədə sonuncu dəfə 2022-ci ilin sentyabrında məlumat verib. Həmin vaxt Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, 5937 rusiyalı hərbçi həlak olub. Şoyqu iddia edib ki, Ukrayna müharibə zamanı artıq ordusunun yarısını itirib: 61 207 ölü, 49 368 yaralı.

“Mediazona”, “BBC” və könüllülər yanvarın 17-nə Rusiyada Ukraynanın işğalında iştirak edən 11 662 hərbçinin öldüyünü təsdiqləyiblər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 23-də RF ordusunun 121 mindən hərbçisinin öldüyünü açıqlayıb. 2022-ci ilin dekabrında Ukrayna prezidentinin ofisi işğalın əvvəlindən 10 mindən 13 minə qədər ukraynalı hərbçinin öldürüldüyünü bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ