Rusiya Estoniya səfirini ölkədən qovdu

Son illərdə Estoniya rəhbərliyi Rusiya ilə münasibətlərin bütün spektrini məqsədyönlü şəkildə məhv edib. Ümumi rusofobiya, Rusiya Federasiyasına qarşı düşmənçilik tərbiyəsi Tallin tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırılıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Estoniya ilə diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması ilə bağlı bəyanatında deyilir.

“İndi Estoniya Rusiyanın Tallindəki səfirliyinin əməkdaşlarının sayını azaltmaq üçün yeni qeyri-dost addım ataraq ölkələrimiz arasında münasibətlərin dağılması istiqamətindəki xətti təsdiqləyib. Cavab olaraq Rusiya tərəfi hər iki ölkədəki diplomatik nümayəndənin rütbəsini müvəqqəti işlər vəkili vəzifəsinə endirmək qərarına gəlib”, - məlumatda deyilir.

Yanvarın 23-də Estoniya səfiri Marqus Laydre Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

“Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı ona etiraz notası təqdim edilib. Estoniya Respublikasının səfiri 2023-cü il fevralın 7-də Rusiya Federasiyasını tərk etməlidir”, - RF XİN-dən bildiriblər.

Bundan əlavə, departament qeyd edib ki, “Rusiya ilə Estoniya arasında münasibətlərdə belə vəziyyətin inkişafına görə bütün məsuliyyət tamamilə Estoniya tərəfinin üzərinə düşür”.

“Biz Estoniya rəhbərliyinin düşmən addımlarına cavab verməyə davam edəcəyik”, - XİN yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ